Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya İrəvanın pulunu ödədiyi silahları tədarük etməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Vəziyyətin həlli variantları arasında Ermənistanın Rusiyaya olan borcunu azaltmaq da var.
Paşinyanın sözlərinə görə, İrəvan başa düşür ki, Moskvanın özünə silah lazımdır, ona görə də tərəflər mövcud vəziyyətdən çıxış yolu tapmalıdırlar.
Bir gün əvvəl, noyabrın 24-də Paşinyan Ermənistan-Rusiya münasibətlərini ən yüksək səviyyədə müzakirə etmək istədiyini bildirib. Bundan başqa, Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərəkətlərinin İrəvanın maraqlarına uyğun olmadığını bildirib.
E.ŞİRİNOV