İsrail xəstəxanalarına aparılan 13 keçmiş girovun vəziyyəti yaxşıdır və stabildir.

Bu barədə xarici mətbuat məlumat yayıb

“Petah Tikva” xəstəxanası evə buraxılan 8 uşaq və qadının vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha beş keçmiş məhbusun vəziyyəti barədə Holon şəhərindəki Volfson Tibb Mərkəzindən məlumat verilib. Məlumata görə, onların vəziyyəti stabildir.

Bir gün əvvəl HƏMAS 12 Tailand vətəndaşını və 13 israillini müvəqqəti atəşkəs və məhbus mübadiləsinə dair Tel-Əvivlə əldə etdiyi razılaşmalar çərçivəsində azad edib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN