Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“Sputnik Radio” “Armenpress”-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan Gürcüstanın birliyini, suverenliyini, müstəqilliyini və demokratiyasını tam və birmənalı şəkildə dəstəkləyir.

Hökumət başçısı İrəvanın Abxaziya və Cənubi Osetiyanı “işğal olunmuş ərazilər” kimi tanımağa hazır olub-olmadığı sualına belə cavab verib.

Paşinyan qeyd edib ki, bununla bağlı Gürcüstan nümayəndələri “məmnun olduqlarını bildiriblər”.

Bundan əvvəl Paşinyan Rusiyanın pullu silah göndərməməsindən şikayətlənib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN