Azov dənizi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri yer hədəflərini vurmağa çevrilmiş iki Ukrayna S-200 zenit-raket kompleksini aşkar edərək məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 26-da Moskva vaxtı ilə saat 11:00 radələrində Kiyev rejimi Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı yer hədəflərini vurmağa çevrilmiş S-200 zenit-raket komplekslərindən istifadə edərək terror aktına cəhd edib. Rusiya hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində havada iki Ukrayna raketini aşkar edərək məhv edib", - deyilir.
E.ŞİRİNOV