Bu gün Bakıdakı 31 illik köçkün həyatına "Əlvida!" deyən 17 ailənin olduğu köç karvanı Laçın şəhərinə çatdı...

Dövlət Qaçqınkomdan "Təzadlar"a bildirilib ki, noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Sitat: "...Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 363 ailə, 1389 nəfərin daimi məskunlaşması təmin edilib".

Qayıdışımız mübarək! Vətən, yurd nisgilinə son qoyan səbəbə və səbəbkara şükür!

Qarabağ Azərbaycandır! 

ELŞAD

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN