Qətərin Əl-Cəzirə telekanalı xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) İordan çayının qərb sahilindəki şəhərlər də daxil olmaqla, məskunlaşan ərazilərə hücuma başlayıb.

"İsrail qüvvələri Hebron, Qalkilya və Nablusun cənubundakı kəndlərə hücum edib", - məlumatda deyilir.

Dekabrın 1-də səhər saatlarında İMQ ilə HƏMAS yaraqlıları arasında atəşkəs başa çatıb. İsrail Fələstin ərazilərinə, xüsusən də Qəzza zolağına hücumları bərpa edib. Bundan sonra anklavda 66 nəfər həlak olub.

Həmçinin Fələstin-İsrail münaqişəsinin bütün kəskinləşməsi zamanı ən azı 61 jurnalistin öldürüldüyü bildirilib. Mətbuat işçiləri də təqib olunur və saxlanılır.

BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına görə, İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 5,3 mindən çox uşaq həlak olub.

İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında 137 nəfər HƏMAS-ın girovu olaraq qalır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN