Belarus prezidenti Aleksandr Lukaşenko Pekinə gedib. Çin paytaxtının hava limanında prezident təyyarəsinin fotosu yayımlanıb.

Bu barədə “Pool of the First” Telegram kanalı məlumat yayıb.

“1 nömrəli təyyarə Pekində eniş edib”, – nəşr yazır.

Onu milli rənglərdə və quyruğunda Belarusun gerbi olan laynerin fotoşəkili müşayiət edir.

Lukaşenkonun səfəri bu həftə açıqlanıb. Belarus lideri dekabrın 3-4-də Çində olacaq. O, Pekində Çinin sədri Si Cinpinlə danışıqlar aparacaq. Dövlət başçıları ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlığı müzakirə edəcəklər.

Lukaşenkonun iştirakı ilə ictimai və humanitar tədbirlər də keçiriləcək.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN