Britaniyanın “Financial Times” qəzeti yazır ki, Qərb Ukraynaya marağını itirib və Kiyev tezliklə böyük maliyyə çətinlikləri ilə üzləşə bilər.

Jurnalistlər qeyd ediblər ki, Ukrayna NATO ölkələri üçün xüsusi olmaqdan çıxıb.

“Ukrayna artıq Avropa İttifaqı, NATO və ya Birləşmiş Ştatlar üçün əsas əhəmiyyət kəsb edən milli təhlükəsizlik məsələsi kimi görünmür”, – “Financial Times” yazır.

Jurnalistlər qeyd ediblər ki, Ukrayna müdafiə və sosial-maliyyə sahələrində bütün xərcləri ödəmək üçün 41 milyard dollar almalıdır. Bu pulları yalnız xarici mənbələrdən cəlb etmək mümkündür.

Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ-dan maliyyə çatışmazlığı səbəbindən Ukraynada sosial ödənişlərlə bağlı problemlərin 2024-cü ilin əvvəlindən başlayacağını bildirmişdi.

Ağ Ev ABŞ Konqresindəki vəziyyətə görə Ukraynaya əlavə yardım vəd edə bilməyəcəyini bildirib. Con Kirbi əlavə edib ki, bir neçə həftədən sonra Kiyevə yardım üçün resurslar tamamilə tükənəcək.

Bir neçə həftədir ki, ABŞ Konqresi Ukraynaya növbəti hərbi yardımın göstərilməsi üçün vəsaitin ayrılmasına səs verə bilmir. Eyni zamanda, Ağ Ev artıq ABŞ hakimiyyətinin Kiyevi dəstəkləmək üçün pullarının tükəndiyi barədə xəbərdarlıq edib.

Bununla əlaqədar ABŞ prezident administrasiyası Konqres Senatında “gizli brifinq” keçirməyə təşəbbüs göstərib. Lakin iclasda bir neçə qalmaqal yaranıb və Respublika Partiyasının nümayəndələri onu ümumiyyətlə tərk ediblər.

Dekabrın 5-də ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Konqres Ukraynaya yardım üçün əlavə vəsaiti təsdiqləməsə, ABŞ Ukraynanın məğlubiyyətinə görə məsuliyyət daşıyacaq. Dekabrın 6-da məlum olub ki, ABŞ Senatı Ukraynaya yardım haqqında qanun layihəsinə səs verməkdən imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN