ABŞ-ın Qəzza zolağında atəşkəslə bağlı qətnaməyə veto qoymasından sonra BMT-də təcili struktur islahatları tələb olunur.
“İzvestiya” Çili prezidenti Qabriel Boriçin bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, artıq dünya 1945-ci ildəki kimi deyil.
Bundan əvvəl bir sıra ölkələrin digər rəhbərləri də analoji çağırışlar etmişdilər. Dekabrın 9-da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı ilə bağlı qətnamənin rədd edilməsindən sonra BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb, çünki şura hazırkı formada bəşəriyyətin mühüm məqsədlərə çatmasına imkan verməyəcək.
Vaşinqton BƏƏ-nin BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyub. Layihənin həmmüəllifləri beynəlxalq təşkilata üzv olan 97 ölkə olub.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun bildirib ki, ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi ikili standartların və kinsizliyin nümunəsidir.
E.ŞİRİNOV