İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının təmas qrupu BMT Təhlükəsizlik Şurasının üzvü olan beş ölkəyə Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan təqdim edib.

“Star” qəzetinin yazdığına görə, o, 11 bənddən ibarətdir və tam atəşkəs, Qəzzaya humanitar yardımın maneəsiz çatdırılması, məcburi köçkünlərə son qoyulması və sülh mexanizmlərinin yaradılmasını nəzərdə tutur.

Sənədi “Türkiyənin planı” adlandıran nəşr qeyd edir ki, Rusiya, Çin, Böyük Britaniya və Fransanın ardınca ötən cümə günü Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenə təqdim edilib. Planda qeyd olunur ki, Qəzzada noyabrın 24-də elan edilən müvəqqəti humanitar atəşkəs münaqişənin həllinə töhfə verməyib.

Plana görə, Qəzzada axan qan yalnız tam və qeyd-şərtsiz atəşkəs əsasında dayandırıla bilər və bu, ən qısa zamanda elan edilməlidir. Sənəddə qeyd olunduğu kimi, təcili olaraq bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını qurmaq və Fələstin anklavının səhiyyə sisteminin təcili ehtiyaclarını dərhal ödəmək lazımdır. Qəzza zolağı sakinlərinin məcburi köçürülməsinə son qoyulmalı, onlardan qaçanların öz evlərinə qayıtması üçün şərait yaradılmalıdır.

Tam atəşkəsdən sonra, planlaşdırıldığı kimi, sabit və ədalətli sülhün təmin edilməsi prosesinə başlamaq lazımdır, bu proses BMT parametrləri əsasında aparılmalı və başa çatdıqdan sonra 1967-ci ildə müstəqil Fələstin Dövlətinin yaradılması da daxil edilməlidir.

Plan həmçinin beynəlxalq ictimaiyyəti İsraili inandırmağa çağırır ki, onun vətəndaşlarının təhlükəsizliyi qan tökməklə təmin oluna bilməz, bu, yalnız Fələstinlə sülhün əldə edilməsi ilə mümkündür. Sənəddə deyilir: "Bütün ölkələr İsrailin insani dəyərləri nəzərə almayan qanunsuzluğundan uzaq durmalıdırlar. Əks halda, onlar onun törətdiyi cinayətlərə ortaq olacaqlar". Orada qeyd edilir ki, “İsrailin aqressivliyi regional və hətta qlobal münaqişə təhlükəsi yaradır”.

“Biz bu təhlükə qarşısında biganə qala bilmərik, biz Yaxın Şərqdə yeni müharibələrin olmasını istəmirik”, - təşəbbüs müəllifləri vurğulayırlar.

Təmas qrupunun nümayəndələri diqqəti Qərbdə anti-islam və antisemitizm aksiyalarının artmasına yönəldirlər. "Qəzzada zorakılıq davam etdiyi üçün sosial partlayış riski yüksəkdir. İsrail üzərində təsiri olan ölkələr onun hücumlarını dayandırmaq və fələstinlilərlə sülh əldə etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Müharibə bitdikdən sonra biz davamlılığı təmin etmək mexanizmlərini müzakirə etməliyik. Onlardan biri zaminlər institutuna çevrilə bilər”, - sənəddə deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN