Rusiya İsrailin HƏMAS-a qarşı metodlarını məqbul saya bilməz, çünki bundan mülki əhali əziyyət çəkir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya lap əvvəldən HƏMAS-ın oktyabrın 7-də mülki İsrail vətəndaşlarına qarşı törətdiyi və çoxlu sayda qurbanlarla nəticələnən terror aktını qətiyyətlə pisləyib.

Lavrov qeyd edib ki, o zaman Rusiya Federasiyası təcili olaraq bu cür terror fəaliyyətlərinin qarşısının alınmasını zəruri hesab edirdi.

"Ancaq eyni zamanda, HƏMAS-a qarşı istifadə olunmağa başlayan, lakin əslində mülki əhalinin ən çox zərər çəkdiyi üsulları məqbul hesab edə bilmərik", - o, Federasiya Şurasında hökumət saatında bildirib.

Bundan əvvəl, dekabrın 12-də Lavrov İranın xarici işlər naziri Hüseyn Əmirlə Fələstin-İsrail münaqişəsini və Qəzza zolağında humanitar vəziyyəti müzakirə edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN