HƏMAS bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində iki girov ölüb, 8 nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri (İMQ) fevralın 9-da Qəzza zolağının mərkəzi hissəsinə hava zərbələri endirib. İlk zərbədən sonra yerli sakinlər onlarla insanın öldüyünü bildirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu bildirmişdi ki, Qəzza zolağında yerləşən Rəfah şəhəri Fələstin HƏMAS hərəkatının son qalasıdır və İsrail əsgərləri bu şəhəri almağa hazırlaşır. Bundan əlavə, o qeyd edib ki, İsrailin HƏMAS-la silahlı münaqişədə qələbəsi artıq yaxındır.

Bundan əvvəl Netanyahu bəyan etmişdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən Rəfah şəhərində Həmas hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN