Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrində 1500 yük maşınından ibarət növbə yaranıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat verib.
Ukraynanın “Rada” televiziyasının efirində o, tıxacın təfərrüatlarını danışıb. Onun sözlərinə görə, Rava-Russkaya - Xrebnoye və Dorohusk - Yaqodin keçid məntəqələri bağlı qalıb.
Bu gün səhər saatlarında Polşanın Yaqodin məntəqəsində 700, Rava-Russkada isə 400 yük maşını yığılıb. Hazırda kilidi açılmış Medika-Şəqini keçid məntəqəsində 240 yük maşını növbə çəkir.
Krakovets keçid məntəqəsi tamamilə bağlansa da, min yük maşını dayanıb. Fakt budur ki, sürücülər, Demçenkonun sözlərinə görə, alternativ olaraq bu keçid məntəqəsindən istifadə edirlər.
Ukrayna sərhədçisi nəqliyyatın az intensivliyindən də danışıb. Belə ki, Dorohusk-Yaqodin keçid məntəqəsindən sutka ərzində hər iki istiqamətdə cəmi 160 avtomobil keçib, baxmayaraq ki, keçid məntəqəsinin buraxılış qabiliyyəti 1200-1400 yük maşını təşkil edir.
Bir gün əvvəl Ukrayna sərhədçiləri məlumat vermişdilər ki, polşalı fermerlərin etiraz aksiyası Şeqini-Medika keçid məntəqəsi qarşısında başa çatıb və indi yük maşınlarının hər iki istiqamətdə sərhədi keçməsinə icazə verilib.
E.ŞİRİNOV