Qazaxıstanda hüquq-mühafizə orqanları qətli təşkil etməkdə şübhəli bilinən rusiyalı biznesmen Mixail Sutyaginskini axtarışa verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Almatı Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İdarə cinayətin 2002-ci ilin martında törədildiyini bildirib. Sutyaginski “Muzdluluq zəminində adam öldürmə” maddəsi ilə başlanmış cinayət işində təqsirləndirilən şəxsdir.
“Yanvarın 30-da cinayətin törədilməsində iştirak edən şübhəli şəxs qismində tanınıb”, - idarədən bildirilib və əlavə edilib ki, məhkəmə Sutyaginskini qiyabi həbs edib.
E.ŞİRİNOV