AŞPA-da Azərbaycan nümayəndə heyətiylə bağlı qərara qarşı reaksiyamızı göstərdik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

"Alınan qərar qüvvədən düşənədək Azərbaycana dəstəyimizi davam etdirəcəyik. AŞPA-nın münaqişə deyil, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olması gərəktiyini vurğulamağa davam edəcəyik", - deyə o əlavə edib.

TEZADLAR.AZ xatırladır ki, bir neçə gün öncə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüfləndiyini bildirmişdi.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.

“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”, - bəyanatda deyilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN