Polşa Respublikasının İnkişaf və Texnologiya naziri Kşiştof Getman Ukrayna prezidenti Vladimir Zelenskinin etiraz edən fermerləri tənqid etməsinə sərt cavab verib.

Tezadlar.az xəbər verir ki, söhbət Ukrayna liderinin Ukrayna ilə Polşa sərhədindəki keçid məntəqəsinin bağlanması ilə bağlı vəziyyəti istehza adlandıran bəyanatından gedir.

“Radio Zet” radiostansiyasında çıxış edən Getman Ukrayna hakimiyyətini bu cür fikirləri söyləməkdə ehtiyatlı olmağa çağırıb. O, Polşanın münaqişənin ilk günlərindən Ukraynanı dəstəklədiyini nəzərə almağı xahiş edib.

Xatırladaq ki, fermerlərin ümumxalq etirazı fevralın 9-da bütün ölkə ərazisində başlayıb. Onlar Ukrayna ilə sərhəddə yolları və keçid məntəqələrinə girişləri bağlayırlar. Fermerlər Ukraynadan kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın idxalına qarşıdırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN