İstanbulda məlumat toplayıb Çin kəşfiyyatına ötürən 6 şübhəli saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Həmsöhbətin sözlərinə görə, Türkiyə Baş Prokurorluğunun Terrorçuluq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cinayətkarları müəyyən etməyə nail olub. Müstəntiqlər müəyyən ediblər ki, 7 nəfər Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən (ÇSMB) və bəzi ictimai təşkilatlardan olan insanlar haqqında məlumat toplayıb, sonra isə Çinə ötürüb. İndiyədək polis 6 şübhəlini saxlamağa müvəffəq olub, daha birinin axtarışları davam edir.
Xatırladaq ki, ÇSMB-də Çinin ən böyük milli azlıqlarından biri olan uyğurlar yaşayır. Onların əksəriyyəti İslam dininə etiqad edir. Çin hakimiyyətinin bildirdiyinə görə, regionda beynəlxalq terror təşkilatı ilə əlaqəli müxtəlif separatçı qruplar fəaliyyət göstərir. Nəşr qeyd edir ki, Türkiyədə uyğurların böyük bir icması yaşayır.
E.ŞİRİNOV