Polşa yük daşıyıcıları Ukrayna ilə sərhəddə yanvarda dayandırılmış etiraz aksiyalarını martın 1-də bərpa etməyi planlaşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.

Məlumata görə, etirazçılar Hrebenna, Dorohuska və Korçoveydəki sərhəd keçidlərini bağlayacaqlar. Medykadakı keçid məntəqəsinə də girişlər bağlana bilər.

Polşa Nəqliyyat və Logistika İttifaqının rəhbəri Maciej Vronski "Hakimiyyət bizə qanun layihəsinin təqdim ediləcəyini vəd etdi, lakin həftələr keçdi və heç bir layihə yoxdur" deyib.

Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib ki, polşalı fermerlər Ukrayna ilə sərhəddə Zosin-Ustiluq keçid məntəqəsini yenidən bağlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN