Polşa fermerləri ümumi etiraz aksiyası çərçivəsində Almaniya ilə sərhədə yaxın Sviecko kəndində A2 şossesində yük maşınlarının keçidini bağlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Məlumata görə, etiraz edən fermerlər yolun hər iki tərəfinə kənd təsərrüfatı texnikası gətirib və bununla da yalnız sərnişin avtomobillərinin keçə biləcəyi dəhliz yaradıblar. Fermerlər danışıqlara baş nazir Donald Tuskun gəlməsini tələb edirlər. Etirazçılar həmçinin Avropa Birliyinin 2050-ci ilə qədər kənd təsərrüfatı istehsalçılarından karbon emissiyalarını xalis sıfıra çatdırmaq siyasətinə qarşıdırlar. Qeyd olunur ki, sərhəd blokadası yerli vaxtla saat 13:00-a qədər (Bakı vaxtı ilə 16:00) davam etməlidir.

Fevralın 9-da polşalı fermerlər genişmiqyaslı etiraz aksiyalarına və Ukrayna ilə sərhəddə sərhəd-keçid məntəqələrinin blokadalarına başlayıblar. Onlar Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, milli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edir, həmçinin Avropa İttifaqının Yaşıl Sövdələşmə strategiyası ilə razılaşmadıqlarını bildirirlər. Etiraz aksiyasına Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəstək verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN