İsveçin baş naziri Ulf Kristersson Stokholmun NATO-ya qoşulmasının Rusiyanın “xoşuna gəlməyəcəyini” bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini CNN sitat gətirir.
“Rusiyaya gəldikdə, əminliklə gözləyə biləcəyimiz yeganə şey odur ki, İsveçin NATO-ya üzv olması onların xoşuna gəlməyəcək. Onlar həmçinin Finlandiyanın NATO-ya üzv olmasını xoşlamırdılar”, - Kristersson bildirib.
Onun fikrincə, “Rusiyanın NATO-nun genişlənməsini məhdudlaşdırmaq ambisiyaları əks-nəticə verdi”.
“İsveç 200 illik bitərəfliyi və bloklara qoşulmamağı geridə qoyur. Bu, böyük bir addımdır və ciddi qəbul edilməlidir, eyni zamanda bizim atdığımız çox təbii bir addımdır. NATO-ya üzvlük o deməkdir ki, biz indi daha çox demokratiyaya qayıdırıq”, - İsveçin baş naziri bildirib.
Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.
Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə oldu.
Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.
E.ŞİRİNOV