Ukraynadakı hərbi hərəkətlər faktiki olaraq Gürcüstan və Moldova arasında Avropa İttifaqı ilə yaxınlaşma prosesini sürətləndirdi.

Tezadlar.az xəbər verir ki, bu fikri Gürcüstan prezidenti Salome Zurabişvili “Sky News” telekanalına müsahibəsində deyib.

"Biz (Ukrayna ilə) eyni yoldayıq, bilirik ki, bizim yeganə perspektivimiz Avropa İttifaqı ilə daha çox yaxınlaşmaqdır və bu, Ukrayna ilə birlikdə getdiyimiz yoldur. Biz Moldova və müharibə ilə əlaqəli üçlük idik. Ukrayna da əslində bu yolu sürətləndirdi və ölkələrimizi (Aİ-yə üzvlük üçün) namizəd statusuna gətirdi”, - Böyük Britaniyada səfərdə olan Zurabişvili bildirib.

2023-cü il noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə icmaya qəbulla bağlı danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib. Avropa Komissiyasının hesabatında deyilir ki, Gürcüstana müxtəlif sahələrdə islahatlar da daxil olmaqla, doqquz addım başa çatmaq şərti ilə namizəd statusunun verilməsini tövsiyə edir. Avropa Şurasının rəhbəri Çarlz Mişel dekabrın 14-də bəyan edib ki, icma ölkələri Ukrayna və Moldova ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarına gəliblər. Sammitdə Gürcüstana namizəd statusunun verilməsi də elan edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN