Rusiya nümayəndə heyəti müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bunu İstanbulda danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski “Shot Telegram” kanalına şərhində deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın yenidən Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib: “Əgər əmr versələr, gedərik”.
Xüsusi hərbi əməliyyatın başlanmasından sonra Rusiya Federasiyası ilə Ukrayna arasında ilk danışıqlar 2022-ci ilin mart ayının əvvəlində Belarusda baş tutsa da, heç bir ciddi nəticə əldə etməyib. 2022-ci il martın 29-da növbəti mərhələ İstanbulda baş tutub, Moskva Kiyevdən ilk dəfə olaraq kağız üzərində yazılan gələcək mümkün razılaşmanın prinsiplərini alıb. Buraya, digər məsələlərlə yanaşı, Ukraynanın neytral, bloklara qoşulmama statusu və onun ərazisində xarici silahların, o cümlədən nüvə silahlarının yerləşdirilməsindən imtina etməsi ilə bağlı öhdəliklər də daxildir.
2023-cü ilin noyabrında Ali Radada prezidentyönlü Xalqın Qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia “1+1” telekanalına müsahibəsində Kiyevin Moskva ilə danışıqlardan niyə imtina etməsi ilə bağlı suala cavab olaraq 2022-ci ildə Ukrayna nümayəndə heyəti qayıdanda o vaxt Böyük Britaniyanın baş naziri olmuş Boris Consonun İstanbuldan Kiyevə gəldiyini və “Biz onlarla heç nə imzalamayacağıq” dediyini bildirib. Britaniya hökumətinin başçısı həmçinin “sadəcə döyüşməyi” təklif edib.
E.ŞİRİNOV