Ermənistan hakimiyyəti heç vaxt NATO-ya daxil olmaq imkanını müzakirə etməyib, lakin Aİ ilə münasibətləri gücləndirir.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
"NATO ilə bağlı heç bir müzakirə olmayıb, biz bunu komandamız daxilində belə müzakirə etməmişik. Avropa İttifaqına gəlincə, bu, hərbi birlik deyil, biz əlaqələri gücləndirməyə hazırıq. Bu gün demokratiya bizim ən böyük təhlükəsizlik sistemimizdir".
Simonyan eyni zamanda Ermənistanın “bütün mümkün yerlərdə silah almağa” çalışdığını vurğulayıb. "Kimsə bundan utanırsa, bu, onların problemidir" deyib.
Parlament sədrinin fikrincə, Ermənistan Avropa İttifaqına üzvlüyə namizəd olmaq imkanları barədə düşünməlidir.
E.ŞİRİNOV