ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın vitse-prezidenti vəzifəsinə mümkün namizədlərin adını çəkib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı seçki kampaniyası çərçivəsində o, bu vəzifəyə Texas qubernatoru Qreq Abbott və Cənubi Karolina senatoru Tim Skotu namizəd hesab edir.

Tramp Abbottu “möhtəşəm bir iş görən” “möcüzəli insan” adlandırıb və onun dəstəyini almaqdan şərəf duyur. Tramp Skotu “çox yaxşı insan” adlandırıb.

“Mənim üçün o, inanılmazdır. Mən ona dedim ki, o, özü üçün deyil, mənim üçün daha yaxşıdır”, - Tramp etiraf edib.

Bundan əvvəl Amerikanın İllinoys ştatının məhkəməsi Donald Trampı praymerizdən (ştatda respublikaçılar üçün ilkin seçkilərdən) kənarlaşdırıb.

Qeyd edək ki, 81 yaşlı Co Bayden və 77 yaşlı Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədirlər. Əgər qalib gəlsələr, hər ikisi ölkə tarixində ən yaşlı prezident olacaq. İndiyədək bu rekord 73 yaşında ikinci müddətə seçilən Ronald Reyqana məxsus idi.

​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN