Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Aleksandr Sırski hesab edir ki, şərq istiqamətində Ukrayna qoşunlarının problemlərinə görə briqada komandirləri günahkardır və bəzi hallarda şəxsi heyətlə məşğul olmağa məcbur olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, bəyanat Sırskinin Telegram kanalında dərc olunub.

"Mən şərq cəbhəsində işimi davam etdirirəm. Üç gün ərzində bəlli oldu ki, nə üçün eyni heyət, silah və hərbi texnika ilə bəzi briqadalar hücumları dəf edərək mövqelərini qoruya bilir, digərləri isə bunu etmirlər”, - Sırski yazıb.

Onun fikrincə, bu, ilk növbədə, “briqada komandirindən, onun hazırlıq səviyyəsindən, təcrübəsindən, adekvat və əsaslandırılmış qərarlar qəbul etmək bacarığından və verilən tapşırıqların yerinə yetirilməsi üçün tam məsuliyyəti dərk etməsindən asılıdır”.

“Heyət hazırlığı ilə bağlı problemlər olan ayrı-ayrı briqadalarda təcrübə ötürmək və köməklik göstərmək üçün mütəxəssislərdən ibarət qruplar göndərirdim. Bəzi hallarda komandir vəziyyətə nəzarət etmədikdə, onun hərəkətləri və əmrləri bilavasitə gərginlik yaradır. Tabeliyində olanların həyat və sağlamlığına təhlükə yarandığı üçün kadr qərarları verməyə məcbur oluram”, - o qeyd edib.

Fevralın 29-da Ali Baş Komandan oxşar bəyanatlarla çıxış edib. O bildirib ki, Avdeyevka və Zaporojye istiqamətlərində vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün çətin olaraq qalır və bir sıra komandirlərin vəziyyətə nəzarətində səhv hesablamalara yol verdiyi aşkarlanıb.

​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN