Ermənistan Rusiya Federasiyası FSB sərhədçilərinin Zvartnots hava limanında fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiya Federasiyasına rəsmi məktub göndərib.
Tezadlar.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə bildirib.
"Ermənistan Rusiya Federasiyasına rəsmi məktub göndərərək, aydın mövqe nümayiş etdirib. Biz məlumat vermişdik ki, Ermənistan sərhəd qoşunları Zvartnots hava limanında xidmət etməlidir", - deyib.
E.ŞİRİNOV