General-mayor Viktor Nikolyuk Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Təlim Komandanlığının komandiri vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Təlim Komandanlığının komandiri vəzifəsindən istefa verirəm”, - o, Telegram kanalında yazıb.

Nikolyuk yeni xidmət yerini aktiv Ukrayna ordusundakı bölmələrdən birinin komandiri, eləcə də cəbhə xəttindəki istiqamətlərdən birinin komandiri kimi göstərib.

Nikolyuk 2023-cü ilin martında Ukrayna Silahlı Qüvvələrinin “Şimal” qruplaşmasının komandiri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim komandanlığı vəzifəsini tutub.

Xatırladaq ki, fevralın 8-də Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əvvəlki baş komandanı Valeri Zalujnını cəbhədəki durğunluğa və “generalları yenidən işə salmağın” zəruriliyinə işarə edərək vəzifəsindən azad edib. Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib. Zelenski orduda gələcək dəyişikliklər üçün Sirskiyə kart-blanş verdiyini deyib. Bunun ardınca Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli komandanları arasında bir sıra istefalar baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN