“Crocus City Hall”da baş verən terror aktında yaralananların sayı 360-a yüksəlib.
Tezadlar.az bildirir ki, bu barədə Fəlakət Təbabəti Mərkəzi məlumat verib.
“Çərşənbə günü səhərə olan məlumata görə, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb”, - mərkəzdən bildirib.
Məlumata görə, 92 zərərçəkən xəstəxanaya yerləşdirilib, 63 nəfər artıq evə buraxılıb, 205 zərərçəkmişə ambulator yardım göstərilib.
“Crocus City Hall”dakı terror aktı qurbanlarının sayının artması şok vəziyyətində olan insanların faciə yerini tərk etməsi və dərhal həkimlərə müraciət etməməsi ilə izah olunur.
Bu barədə bir gün əvvəl jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova məlumat verib.
Onun sözlərinə görə, bu, insanların tibb müəssisələrinə axınını izah edir. Baş nazirin müavini əmin edib ki, müraciət edənlərin hamısına tibbi yardım göstərilir.
E.ŞİRİNOV