Moskva vilayətində yerli sakin kompüter klubunda qətliam törətdiyinə görə həbs edilib.
Tezadlar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, səbəbsiz yerə gələnlərə bıçaqla hücum edib. İlk qurban eyvanda dayanan 21 yaşlı gənc olub. Daha sonra müəssisənin özünə girərək hamıya hücum edib. İkinci qurban isə onun əlindən qaçmağa fürsəti olmayan yeniyetmə olub. Hər iki zərərçəkən sağ qalıb və ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hücumdan sonra şübhəli klubu tərk etsə də, bir neçə saat sonra saxlanılaraq polis şöbəsinə aparılıb. O, əslində hərəkətin motivini izah edə bilməyib. İndi onu adam öldürməyə cəhdə görə həbs cəzası gözləyir.
Cinayət işinin gedişinə prokurorluq nəzarət edir.
E.ŞİRİNOV