Stavropol vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları 2023-cü ildə hazırlıq mərhələsində 12 terror aktının qarşısını alıblar.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin rəisi Andrey Mişaqin məlumat verib.

"Hazırlıq mərhələsində nəqliyyat infrastrukturu obyektlərində, dövlət orqanlarında və insanların kütləvi toplaşdığı yerlərdə 12 terror aktının törədilməsi dayandırılıb", - o, polisin 2023-cü il üçün fəaliyyətinə dair regional Dumaya məruzə edərkən deyib.

Onun sözlərinə görə, il ərzində bölgədə terrorçu təşkilatların 14 fəal üzvü saxlanılıb. “Onların əksəriyyəti Ukraynayönlü millətçi təşkilatların tərəfdarları idi”, - deyə Mişaqin əlavə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN