İraq və Suriyada terrorçuların və silahların ötürülməsinə cavabdeh olan İD-in (“İslam Dövləti”) yüksək rütbəli komandiri məhv edilib.
“Shafaq News” xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Birgə Əməliyyat Komandanlığı məlumat yayıb.
“...qüvvələr terrorçu Samir Xızır Şərif Şihan ən-Nəmravini məhv edib”, - komandanlığın açıqlamasında bildirilir.
Nəşr qeyd edib ki, İslam Dövlətinin başçısı İraqın Ənbar əyalətində dinc sakinlərə qarşı əməliyyatlarda iştirak edən yaraqlılara komandanlıq edib.
Bir gün əvvəl İraq milisləri Amerika hakimiyyətinə ultimatum verib ki, Amerika hədəflərinə hücum təhlükəsi altında bu həftənin sonuna qədər qoşunları ölkədən çıxarsınlar. Failak əl-Vaada əl-Sadiq təşkilatının baş katibi Şeyx Məhəmməd əl-Təmimi bildirib ki, onların uzun mənzilli raketləri ilə yanaşı, “ağıllı” pilotsuz təyyarələri də var.
Bundan əvvəl İraq İslami Müqavimət Hərəkatının şiə milis birləşmələri ABŞ Silahlı Qüvvələrinin yerləşdiyi Harrab əl-Cair aerodromunu atəşə tutub.