Onlar bundan sonra köçkün deyillər... Onlar 31 ildən sonra doğma yurd- yuvalarında keçmiş xatirələrindəki həsrəti doğma ocaqlarında yeni nəsl övladlarına nağıl kimi danışacaqlar...

Tezadlar.az- a Dövlət Qaçqınkom- dan verilən məlumata görə, bu səhər Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Məlumatda deyilir: "Belə ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. İndiyədək təkcə Füzuli şəhərində 666 ailənin, yəni 2 517 nəfərin daimi məskunlaşması təmin edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb".

Xatırladaq ki, martın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Yurda qayıdışımız mübarək! Bu qayıdış əbədidir, dönməzdir!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN