Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Belqorod vilayətində Ukraynaya məxsus daha iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Martın 30-da Moskva vaxtı ilə saat 16:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını məhv edib", - departamentdən bildirilib.
E.ŞİRİNOV