Fələstin, İsrail və Livanda səhiyyə sistemlərinə ötən ilin oktyabrından bu yana 906 dəfə hücum edilib, nəticədə 736 nəfər ölüb, 1014 nəfər yaralanıb.

Bu məlumatları Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təqdim edib.

“Münaqişə başlayandan bəri ÜST Qəzza, İordan çayının qərb sahili, İsrail və Livanda səhiyyə xidmətlərinə 906 hücumu təsdiqləyib, nəticədə 736 nəfər ölüb, 1014 nəfər yaralanıb”, - o deyib.

Qəzzanın 36 xəstəxanasından yalnız 10-u hələ də qismən də olsa fəaliyyət göstərə bilir, deyə baş direktor davam edib. ÜST "bu xəstəxanaları dəstəkləməyə davam edəcək".

"Biz tənəffüs yolu və dəri infeksiyaları və ishal xəstəliklərinin çox yüksək yükünü görürük", - o deyib.

ÜST rəhbəri BMT Təhlükəsizlik Şurasının atəşkəs tələbi ilə bağlı qətnamə qəbul etməsini alqışlayıb. "Biz onun dərhal həyata keçirilməsinə çağırırıq", - Qebreyesus deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN