Parlament çoxluğunun lideri, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze müxalifəti və bununla razılaşmayanların hamısını xarici agentlər haqqında qanun layihəsi ilə bağlı “isteriyanı dayandırmağa” çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Newsgeorgia.ge portalı məlumat yayıb.

O vurğulayıb ki, hakim partiya qanun layihəsini tənqid etməyə əsas görmür. Mdinaradze əlavə edib ki, parlament çoxluğu qanunu yaz sessiyasının sonuna qədər - iyunun son cümə gününə qədər qəbul etmək istəyir.

Bundan əvvəl hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının ölkə parlamentinə xarici agentlərlə bağlı qanun layihəsini yenidən təqdim edəcəyi bildirilirdi. Onun sözlərinə görə, parlament çoxluğu bu qərarı siyasi şura ilə məsləhətləşmələrdən sonra verib.

Mart ayında Gürcüstanın Xalq Gücü Partiyasının sədri Sozar Subari bildirmişdi ki, “xarici təsirin şəffaflığı haqqında” qanun qəbul edilməlidir, çünki ölkə öz suverenliyini və demokratiyasını qorumalıdır.

2023-cü il martın 10-da Gürcüstan parlamenti ölkədəki kütləvi etirazlardan sonra əksəriyyətlə xarici agentlər haqqında qanunun əleyhinə səs verib. O zaman Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, hakimiyyət bu qanuna qayıtmağı planlaşdırmır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN