Polşa Müdafiə Nazirliyinin (MN) rəhbəri Kosiniyak-Kamış 2010-cu il aprelin 10-da Smolensk yaxınlığında Polşa prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı nəzəriyyələrin özünü doğrultmadığını bildirib.
Onun sözlərini “RİA Novosti” yayıb.
“Böyük faciə baş verdi. İllər boyu müxtəlif nəzəriyyələr irəli sürməyə cəhd edənlər uğur qazana bilməyib və reallaşmayıb”, - deyə nazir bildirib.
Fəlakətin 14-cü ildönümündə o, həlak olanların xatirəsini yad etməyi xahiş edib. Onun sözlərinə görə, “bu işdən siyasi məqsədlər üçün istifadə edənlər ümumi yaddaşı məhv ediblər”.
O, həmçinin əmin edib ki, iyunun sonuna qədər Polşa Tu-154-ün qəzasını araşdırmaq üzrə komissiyanın işi haqqında hesabat təqdim edəcək.
E.ŞİRİNOV