Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistanla ABŞ arasında əməkdaşlığın təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, bu, Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı yönəlməyib.

M.Qriqoryanın sözlərini “RİA Novosti” yayıb.

Onun sözlərinə görə, Ermənistan ticarət-iqtisadi əlaqələrini şaxələndirmək niyyətində olduğunu bəyan edib və bir çox ölkələr heç bir ittifaqa və ya digər ölkəyə qarşı törədilməyən oxşar siyasət yürüdürlər.

“Ticarət-iqtisadi əlaqələrin şaxələndirilməsi siyasəti heç bir ittifaqa, xüsusən də Aİİ-yə qarşı yönəlməyib”, - Qriqoryan əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan etmişdi ki, Vaşinqton və Brüssel Ermənistanın Aİİ və KTMT-dən çıxmasına nail olmağa çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN