Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən dərin narahatdır və tərəfləri təmkinli olmağa çağırır. Diplomatik şöbə qeyd edib ki, vəziyyətin daha da gərginləşməsinə yol verilməməlidir.

Çin vəziyyətin hazırkı gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edir, aidiyyəti tərəfləri sakit və təmkinli olmağa və vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağırır, - departamentin saytında yerləşdirilən bəyanatda deyilir.

Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Tehranın İsrailə hücumu zamanı İranın Yaxın Şərqdəki Amerika qoşunlarına və ya obyektlərinə heç bir hücumunun olmadığını bildirmişdi. O vurğulayıb ki, Vaşinqton ayıq-sayıq qalacaq və “öz xalqını” qorumaq üçün lazımi tədbirləri görməkdən “çəkinməyəcək”. Onun sözlərinə görə, İsrail Amerika tərəfinin köməyi ilə İranın atdığı demək olar ki, bütün raketləri və pilotsuz təyyarələri vurmağa nail olub.

Aprelin 13-ü axşam saatlarında “Axios”-un müxbiri Barak Ravid Twitter sosial şəbəkəsində İranın İsrailə hücumunun başlaması ilə bağlı məlumat dərc edib. O, əlavə edib ki, dörd Amerika və İsrail mənbəsi ona Tehran tərəfindən buraxılan onlarla pilotsuz təyyarə haqqında məlumat verib. Bu məlumatı KAN radiosu və “The Jerusalem Post” da təsdiqləyib. Daha sonra “New York Times” qəzeti Tehranın 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atdığını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN