Ukrayna hərbçiləri Radanın qəbul etdiyi səfərbərlik haqqında qanunu tənqid edib və fərariliyə hazır olduqlarını bəyan ediblər.
Tezadlar.az bu barədə "Strana.ua"-ya istinadən xəbər verir.
Odessada jurnalistlər hərbçilərdən səfərbərliyin gücləndirilməsi haqqında qanun layihəsindən demobilizasiyanın çıxarılmasına münasibətini soruşublar.
Respondentlərdən biri bölməni icazəsiz tərk edəcəyini, digəri deputatlardan danışaraq “hamısını güllələyəcəyinə” söz verib, üçüncüsü isə qanunvericiləri özləri cəbhəyə getməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun layihəsi bazar ertəsi imzalanmaq üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə göndərilə bilər. Onun iki həftə ərzində sənədi imzalaması gözlənilir.
E.ŞİRİNOV