Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Krım yarımadasının şimalındakı Canköy şəhərinə zərbə endirdiyinə təsdiqləyib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə o, xalq müraciətində deyib. Sitat: “Bu gün Ukrayna Silahlı Qüvvələri Canköydəki işğalçıya, aerodroma düzgün zərbə endirib <…> Dəqiqliyiniz üçün təşəkkür edirik. Bu əməliyyatı təşkil etdiyi üçün baş komandan Sırskiyə təşəkkür edirəm. İşğalçı itirməlidir və hər bir itki Ukraynanın gücüdür”.

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımın şimalında yerləşən Canköyə raket hücumu edib. Ukraynanın Krım Muxtar Respublikası və eyni yarımadada yerləşən xüsusi statusa malik Sevastopol şəhəri 2014-cü ildən Rusiyanın işğalı altındadır. 

Müharibə isə davam edir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN