Bişkek Beynəlxalq Hava Limanında olan sərnişinlər və işçilər terminal binasına partlayıcı qurğu qoyulması xəbərinə görə təxliyə edilib.
Tezadlar.az bildirir ki, bu barədə respublikanın bütün əsas hava limanlarının daxil olduğu “Manas Beynəlxalq Hava Limanı” ASC-nin administrasiyasından məlumat verilib.
"Aeroport xidmətlərinin işçiləri və sərnişinlər binaya partlayıcı qurğu qoyulması barədə anonim siqnala görə binadan təxliyə edilib", - administrasiyanın sözçüsü bildirib.
Heyət və sərnişinlər hazırda küçədədirlər. Hava limanının binasında təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən partlayıcı qurğuların olub-olmaması yoxlanılır.
Bu, bu ay Bişkek hava limanında partlayıcı qurğu qoyulması ilə bağlı ilk siqnal deyil. Bir neçə gün əvvəl də eyni səbəbdən sərnişinlər və işçilər təxliyyə edilib, lakin o zaman heç bir partlayıcı qurğu aşkar edilməyib.
E.ŞİRİNOV