Əgər ölkə hakimiyyəti xarici agentlər haqqında qanundan imtina etməsə, Avropa İttifaqı Gürcüstanı ittifaqa üzv olmaq üçün namizəd statusundan məhrum edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir avropalı məmurun qeyd etdiyi kimi, "qanun layihəsi geri götürülməsə, Avropa Komissiyası oktyabrda təqdim ediləcək illik genişlənmə hesabatında namizədin statusunu təsdiq etmədiyi barədə Gürcüstan hökumətinə məlumat verəcək". Nəşrin həmsöhbəti bu ssenarini “ən çox ehtimal” adlandırıb.

Aİ-nin xarici siyasət nümayəndəsi Peter Stano daha əvvəl qeyd etdiyi kimi, Avropa Komissiyası hesab edir ki, Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz edənlər “Avropa dəyərlərini və ölkənin “Avropa gələcəyini” müdafiə edirlər. O, Gürcüstan hakimiyyətinin “hərəkətlərinin istiqamətini dəyişdirəcəyinə” ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN