Ukrayna xüsusi hərbi əməliyyatın sonuna qədər ərazilərinin demək olar ki, yarısını itirə bilər.

Tezadlar.az xəbər verir ki, bu fikri ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skot Ritter YouTube kanalıda müsahibəsində bildirib.

“Düşünürəm ki, yay Rusiyanın strateji qələbəsi və Ukraynanın mütləq məğlubiyyəti və hökumətin (Ukrayna prezidenti Vladimir – RED.) Zelenskinin devrilməsi ilə başlayacaq”, - deyə hərbçi bildirib.

Keçmiş kəşfiyyatçının sözlərinə görə, Ukraynanın xəritəsi həmişəlik dəyişəcək. Hazırda biz keçmiş sovet respublikasının demək olar ki, ərazisinin yarısını itirəcəyi bir vəziyyəti müşahidə edə bilərik. Ekspert qeyd edib ki, hərbi əməliyyatlar Şimali Atlantika Alyansının (NATO) ən yaxşı ənənələri ilə davam edərsə, Ukrayna bütün ərazilərini itirəcək və dövlət kimi mövcudluğunu dayandıracaq.

Ritter qeyd edib ki, Zelenskiyə xəbərdarlıq edilib ki, Odessa, Xarkov, həmçinin Nikolayev və Dnepropetrovsk Rusiya Federasiyasının nəzarətinə keçə bilər.

Öz növbəsində, “Global Times” nəşrinin müəllifi Eysebio Filopatro bildirib ki, Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Ukraynaya həlledici zərbə vurmaq üçün lazım olan hər şeyə malikdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN