Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı ölkədəki acınacaqlı vəziyyətlə bağlı hakimiyyətə başsağlığı verib, lakin silahla kömək edəcəyinə söz verməyib.

Tezadlar.az xəbər verir ki, bu detal Almaniyanın "Der Spiegel" jurnalında diqqət çəkib.

Nəşrin müəllifinin fikrincə, bu hal Almaniyanın Ukraynanın müdafiəsini gücləndirmək sahəsində uğursuz kursundan xəbər verir. Söhbət ilk növbədə ölkənin hava hücumundan müdafiə sisteminin inkişafı ilə bağlı gözləntilərdən gedir.

Materialda Ukrayna nümayəndələrinin Berbokla danışıqlar zamanı həssas mövzuları müzakirə etməkdən qəsdən yayındığı qeyd edilir. Xüsusilə, müşahidəçinin qeyd etdiyi kimi, Kiyev artıq Berlindən uzaqmənzilli silahların ötürülməsini gözləmir.

Eyni zamanda, Berbok Qərbə Rusiyadan gələn “təhdid”i qeyd etməyi də unutmayıb və Kiyevə NATO müttəfiqləri adından “uzunmüddətli dəstək” göstərəcəyini vəd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN