Ukrayna Silahlı Qüvvələri (USQ) Zaporojye Atom Elektrik Stansiyasının nəqliyyat sexinin ərazisinə hücum etmək üçün kamikadze pilotsuz uçan aparatdan istifadə edib.

Tezadlar.az stansiyanın Telegram kanalına istinadən xəbər verir ki, xəsarət alan və ya ciddi dağıntı olmayıb.

“Bu gün Zaporojye AES-in nəqliyyat sexinin ərazisinə kamikadze pilotsuz uçan aparatının gəldiyi qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Son iki gündə stansiyanın yerləşdiyi Enerqodar şəhəri bir neçə dəfə hücuma məruz qalıb. Zərbələr çoxmərtəbəli yaşayış binalarına və sosial obyektlərə dəyib.

“Mülki əhalinin, eləcə də Zaporojye AES-in və onun infrastrukturunun atəşə tutulması qəbuledilməzdir və açıq-aydın terror aktıdır”, - deyə stansiyadan əlavə edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN