Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.
Müdafə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib.
Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.
R.XUDATQIZI