Hava Hücumundan Müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün, iyunun 3-də Moskva vaxtı ilə saat 12:30 radələrində Ukraynanın pilotsuz uçan aparatı ilə Kiyev rejiminin təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. PUA Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - nazirliyin məlumatında deyilir.
E.ŞİRİNOV