Kemerovoda iki tramvayın toqquşması nəticəsində yaralanan sərnişinlərin sayı 130-a çatıb, 1 nəfər ölüb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
“Son məlumatlara görə, 130 nəfər yaralanıb, 1 nəfər ölüb. 10-u uşaq olmaqla 109 nəfərə ambulator yardım göstərilir, 21 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə agentliyin həmsöhbəti bildirib.
İyunun 6-da səhər saatlarında Tom çayı üzərindəki iki körpüdən biri olan Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub. Bir nəfər ölüb, 125 nəfər yaralanıb. Faktla bağlı 2 cinayət işi başlanıb, əməliyyat qərargahı yaradılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə istintaq idarəsinin məlumatına görə, nasaz tramvayın qaçmasına icazə verən Kemerovo elektrik nəqliyyat şirkətinin direktoru və ustası saxlanılıb.
E.ŞİRİNOV