Fransa və ABŞ başçıları Emmanuel Makron və Co Bayden Ukraynanın Rusiya aktivlərindən əldə etdiyi mənfəətdən istifadəsini dəstəkləyiblər.

Tezadlar.az  bildirir ki, bu barədə Amerika administrasiyası dövlət başçılarının bəyanatına istinadən xəbər verir.

Sənəddən belə çıxır ki, Bayden və Makron Avropa İttifaqının və G7-nin Rusiyanın hərəkətsizləşdirilmiş suveren aktivlərindən Kiyevin xeyrinə mənfəət əldə etmək səylərini dəstəkləməyə sadiqdirlər.

Prezidentlər Rusiya Federasiyasına, xüsusən də İran və Şimali Koreyadan silah tədarükü, eləcə də Moskvanın Çin və digər ölkələrdəki müəssisələrdə yaradılmış “hərbi istehsal üçün ikili təyinatlı material və komponentlər” almasından narahat olduqlarını bildiriblər.

Daha əvvəl məlum olub ki, Macarıstan Avropa İttifaqının Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə etdiyi gəlirləri Ukrayna Silahlı Qüvvələrinə göndərməsinə mane olur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN