Macarıstanda ölkənin baş naziri Viktor Orbanın keçmiş müttəfiqi, Rusiyaya rəğbət bəsləyən, hazırda onun hakimiyyətinə qarşı çıxan Peter Magyarın tərəfdarları mitinq keçirib. Budapeştdə minlərlə insan mitinq keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
“Biz apatiyaya qalib gəldik. Biz elə bir ölkə qururuq ki, orada nə sağ, nə də sol – yalnız macarlar var”, - deyə Magyar bildirib.
Martın sonunda Budapeştdə də etiraz aksiyası keçirilib. Macarıstan paytaxtının küçələrinə çıxan nümayişçilər Orbanın respublikanın baş naziri postundan uzaqlaşdırılmasını tələb ediblər. Bir neçə min nəfərdən ibarət nümayişçilər Baş Prokurorluğun binasından parlamentə doğru yürüş edərək, Lajos Kossuth meydanında mitinq təşkil ediblər.
Sonra Magyar da aksiyanın təşəbbüskarı olub. O, açıq şəkildə hakimiyyəti sistemli korrupsiyada ittiham edib. Vəkil bir müddət əvvəl pedofiliya cinayətində əli olan şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda ölkə prezidenti Katalin Novakla birlikdə ədliyyə naziri postunu tərk etmiş keçmiş həyat yoldaşı Judit Varqa ilə ev söhbətinin səs yazısını təqdim edib.
Səs yazısında Varqanın Volner-Schadl işində sübutların bir hissəsini məhv etmək cəhdindən danışdığı eşidilir. Bu təhqiqatda iştirak edən əsas şəxs Ədliyyə Nazirliyinin keçmiş dövlət katibi Pal Volnerdir - 2022-ci ildə o, məhkəmə icraçıları xidmətinin keçmiş rəhbəri György Schadl-dan rüşvət almaqda ittiham olunub.
E.ŞİRİNOV